Bir May, Avropa, polis dəyənəyi - daycest - VİDEO

© Sputnik / Kostis Ntantamis / Mediabanka keçidУчастники акции протеста в Афинах, выступающие против законопроекта об изменениях в сфере социального и пенсионного обеспечения
Участники акции протеста в Афинах, выступающие против законопроекта об изменениях в сфере социального и пенсионного обеспечения - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Bu il mayın ilk günü bir çox Avropa ölkələrində kütləvi toplaşan insanlarla polis arasında qarşıdurma ilə əlamətdar olub.

BAKI, 1 may - Sputnik. Avropada bu gün, mayın 1-də etiraza çıxan insanların məramları müxtəlif olsa da çoxunun nəticəsi eyni olub - zor tətbiqi.

Sputnik Azərbaycan bildirir ki, Fransa sakinləri 1 May Zəhmətkeşlər Gününü qeyd etməyə çalışıblar. Yerli vaxtla 14:00-da Parisin Respublika meydanına toplaşan həmkarlar, gənclər təşkilatlarının, sosialist və kommunist partiyalarının, eləcə də "sarı jiletlilər"in dinc yürüşü tezliklə əndazədən çıxıb: nümayişçilər polislərə daş, petarda, fişəng atıb, əvəzində gözyaşardıcı qaz alıblar. Radikal Black block xuliqanları isə bankların və dayanacaqların şüşələrini qırıblar. Yürüş Millət meydanına çatanacan qarşıdurma səngisə də, 18:00-da yenidən şiddətlənib.

DİN rəhbəri Jerald Darmanen bildirib ki, aksiyalar zamanı 34 nəfər həbs olunub. Ümumilikdə Fransa şəhərlərində 150 min, Parisdə isə 25 min nəfər etiraza çıxıb.

Berlində solçuların 1 May mitinqində 3 polis yaralanıb. 14 yaşlı qızın gözlərinə isə bibər qazı sıxılıb. Qızın əlində bıçaq varmış və o, polisdən qaçmağa çalışırmış. Almaniya paytaxtında bu gün təxminən 40 aksiya keçirilib. Şəhərin küçələrini 5,5 min patrul qoruyur.

Belçikada polis Brüsselin La Kamp parkında təşkil olunan Boum2 festivalının iştirakçılarını su şırnağı və gözyaşardıcı qazla dağıdıb. Bir neçə nəfər xəsarət alıb.

 

İsveçrədə 1 May münasibətilə aksiya zamanı rezin güllələrdən istifadə olunub. Bu səhər Sürixdə 7 razılaşdırılmış mitinq keçirilib. Günün ikinci yarısında şəhərin əsas meydanına yüzlərlə nümayişçi toplaşıb, bundan sonra Sürixin müxtəlif rayonlarına doğru istiqamət götürüblıər. Polis bütün yürüşləri dayandıra bilib. Qeyd olunur ki, üç nəfər həbs edilib.

London polisi isə Kill the Bill etiraz aksiyasında 9 nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi əleyhinə olan bu aksiyalar Böyük Britaniyanın 40-dan çox şəhərində keçirilib.

Sakit təbiətləri ilə seçilən finlərin isə bu gün bəxti gətirməyib. Finlandiya paytaxtı Helsinkidə keçirilən COVID-19 tədbirlərinə qarşı aksiyada 60 nəfər saxlanılıb. 

Ümumilikdə COVID-19 tədbirləri əleyhinə nümayişə 300-dək fin çıxıb.

Xəbər lenti
0