Türkiyədə koronavirusun hind variantı tapıldı

© AP Photo / Emrah GurelСитуация в связи с эпидемиологической обстановкой в Турции
Ситуация в связи с эпидемиологической обстановкой в Турции - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Alimlər isə "Sinovac" və ya Biontech peyvəndləri koronavirusun Hindistan variantına qarşı effektivdir, lakin koronavirusun bu versiyasından tam qorumur.

BAKI, 30 aprel — Sputnik.Türkiyədə koronavirusun Hindistan variantı aşkarlanıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu ölkədə ilk dəfə beş şəxsin koronavirusun Hindistan variantına yoluxma qeydə alınıb.

Alimlər isə bildirirlər ki, "Sinovac" və ya Biontech peyvəndləri koronavirusun Hindistan variantına qarşı effektivdir, lakin koronavirusun bu versiyasından tam qorumur.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 148,7 milyonu keçib, 3,13 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0