Paşinyana ciddi rəqib: Eks-prezident ona qalib gəlmək üçün gözlənilməz şəxslə birləşdi

© AFP 2024 / TATYANA ZENKOVICHErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
İclasda əsasən Sarqsyan çıxış edib və iştirakçılarda təəssürat yaranıb ki, partiyanın lideri iclasa qədər artıq seçkilərdə iştirak etmək qərarı verib.

BAKI, 30 aprel — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın partiyası – Respublika Partiyası bu ölkədə növbədənkənar parlament seçkilərində iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Jovohurd" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən gün partiyanın İcraiyyə Komitəsinin iclasında partiyanın lideri Serj Sarqsyan bildirib ki, seçkilərə sabiq Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyanın partiyası ilə birgə qatılmaq qərarı ən düzgün addımdır.

İclasda əsasən Sarqsyan çıxış edib və iştirakçılarda təəssürat yaranıb ki, partiyanın lideri iclasa qədər artıq seçkilərdə iştirak etmək qərarı verib.

Sarqsyan tərəfdarlarına həmçinin bildirib ki, seçkilərin bütün detallarını Vanetsyanla müzakirə edib.

 

Xəbər lenti
0