BAKI, 30 aprel — Sputnik. Təhsil Nazirliyi tərəfindən II-XI sinif şagirdləri üçün yekun milli qiymətləndirilmə keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə artıq təhsil müəssisələrinə məlumat göndərilib.
Yekun qiymətləndirmənin iyun ayının 5-dən 14-nə qədər davam edəcəyi gözlənilir.
Qeyd edilib ki, I siniflər üçün qiymətləndirmə keçirilməyəcək.