BAKI, 30 aprel — Sputnik. Fransa prezident Emmanuel Makron ona xəbərdarlq məktubu göndərən 20 generalı məsuliyyətə cəlb etmək barədə sərəncam verib. Məktubda qeyd olunur ki, Fransada radikal islam geniş yayıldığından ölkə vətəndaş müharibəsində doğru gedir. Bu barədə Fransanın "Valeurs actuelles" qəzeti məlumat yayıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl istefada olan 20 fransız generalı və 80 zabit məktub yazaraq prezident Makronun "İslamçıların səbəb olduğu cəmiyyətin parçalanma prosesini "dayandıra bilməyəcəyi təqdirdə ölkədə hərbi nəzarətin tətbiq olunmasına çağır etmişdilər.
"Valeurs actuelles" qəzetinin yazdığına görə, Fransa vətəndaşları hərbçilərin prezident Emmanuel Makrona ünvanladıqları ölkədə vətəndaş müharibəsinin gözlənildiyi barədə xəbərdarlıq məktubunu razılıqla qarşılayıblar.