Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elman Rüstəmov: "Valyuta bazarında tam tarazlıq hökm sürür"

© Sputnik / Murad OrujovГлава Центрального банка Азербайджана Эльман Рустамов
Глава Центрального банка Азербайджана Эльман Рустамов - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
AMB-nin prezidenti deyib ki, ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub. Martda isə illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.

BAKI, 30 aprel — Sputnik. 2021-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub. Martda isə illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.

O həmçinin bildirib ki, Dövlət Neft Fondu bu il valyuta satışlarını azaldıb və 140 mln. ABŞ dollarına qənaət edib: "Valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür".

Qeyd edək ki, bu ilin I rübündə Neft Fondu valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb. Bu da 2020-ci ilin ötən dövrü ilə müqayisədə 46,6% azdır.

Xəbər lenti
0