DİN Fuad Rəsulzadəni döyənlərin həbs olunmadığını bildirib

© AR Ministry of Internal AffairsЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
DİN Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov: İstintaq prosesinin gedişində tərəflər barışmaq niyyətində olduqlarını bildiriblər.

BAKI, 30 aprel - Sputnik. Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Sputnik Azərbaycan-a verdiyi açıqlama həmin fakt üzrə cinayət işinin başlandığını qeyd edib. 

"Qanunvericiliyin tələbinə uğun olaraq vətəndaş Fuad Rəsulzadəyə fiziki təzyiq göstərilməsi faktı üzrə cinayət işi başlanılıb, istintaq gedir. Tərəflər dindirilib, onların ifadələri alınıb, lakin hələlik heç kim həbs edilməyib", - Zahidov deyib.

DİN sözçüsü onu da qeyd edib ki, istintaq prosesinin gedişində tərəflər barışmaq niyyətində olduqlarını bildiriblər. Barışıq barədə rəsmi müraciət edilərsə, bu, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq. 

Qeyd edək ki, "Twitter"də "Əhməd" adlı hesabdan "Xudayar çoxdandı təzə mahnı buraxmır" deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin paylaşımı özünün etdiyini bildirib. 

Vətən Müharibəsində şəhid olmuş Xudayar Yusifzadə döyüşlərin gedişi zamanı işğaldan azad edilmiş ərazilərdə oxuduğu "Vətən yaxşıdır" mahnısı ilə yaddaşlarda qalıb. 

Xəbər lenti
0