Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 29 aprel — Sputnik. "Bizə tarix dərsi verməyə çalışanları ASALA terroruna göz yummaları tam bir ikiüzlülükdür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Bunun ən son nümunəsini ABŞ-da gördük. Yenə Los-Ancelesdə diplomatımızı şəhid edən Sasunyan adlı terrorçunun ötən aylarda sərbəst buraxılmasına göz yumdular. Daha sonra verilən məlum açıqlamanı bilirsiniz", - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb.
Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik".