CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəlin hamilə deyil, amma... - Komitə döyülən qadınla bağlı araşdırmaya başladı

© Depositphotos.com / zeferli@gmail.comСилуэт девушки за дверь в ванной
Силуэт девушки за дверь в ванной  - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Məsələ ilə əlaqədar monitorinq qrupunun rəhbəri Rəfilə Arif qızı hadisə ilə əlaqədar olaraq komitəyə məlumat verib.

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. “Lənkəran rayonunun Böyük Nüvədi kəndindəki insidentlə bağlı komitə olaraq dərhal işə başlanıldı, gəlinin qaynanası tərəfindən döyülmə faktı ilə bağlı araşdırma aparılır. Bu məsələ ilə əlaqədar şəhər icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə monitorinq qrupu, eyni zamanda da Daxili İşlər Nazirliyi məlumatlandırıldı”.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lənkəranın Böyük Nüvədi kəndində gəlinin qaynanası tərəfindən döyülməsi faktı ilə əlaqədar bu gün səhər saatlarında sosial şəbəkələrdə geniş yayılan videoya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə əlaqədar monitorinq qrupunun rəhbəri Rəfilə Arif qızı hadisə ilə əlaqədar olaraq komitəyə məlumat verib: “O bildirib ki, ailə icra hakimiyyətinə dəvət olunub və tərəflərin ifadəsi alınıb. Qeyd edək ki, gəlinin 3 övladı var”.

Gəlinin hamilə olmadığı bildirilib.

Xəbər lenti
0