ABŞ Prezidenti Co Bayden 1915-c il hadisələri ilə bağlı çıxışında XX əsrin əvvəllərində Osmanlıda baş verən hadisələri “soyqırım” adlandırıb. Bəs bu fikirlər ABŞ-Türkiyə iqtisadi münasibətlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib ki, belə bir açıqlamanın verilməsinin iki ölkə arasındakı iqtisadi münasibətlərə mənfi təsir edəcəyi ehtimal edilir: “Türkiyə və ABŞ arasında idxal-ixrac əməliyyatları yüksəkdir. ABŞ Türkiyənin ixrac əməliyyatlarında beşinci, idxal əməliyyatlarında isə dördüncü yerdə dayanır. Bu, iqtisadi münasibətlərin korlanmasına gətirib çıxaracaq. Türkiyə ABŞ-ın həm iqtisadi, həm də hərbi-siyasi tərəfdaşıdır. Eyni zamanda Türkiyə ABŞ-ın beynəlxalq turizm əlaqələrində əsas partnyora çevrilmişdi. Bundan sonra münasibətlərin qaldığı yerdən davam edəcəyi sual altındadır”.
Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz