BAKI, 27 aprel — Sputnik. Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib.
Bu barədə Sputnik Azərbaycan-a aktyorun oğlu Rövşən Quliyev məlumat verib. Quliyev atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: "Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb. Hazırda vəziyyəti ağırdır. Tənəffüs aparatına qoşulub".
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"ya yerləşdirilib.