Hər il bu hadisə bütün dünyadan milyonlarla insanın diqqətini özünə cəmləyir. Mərasimin ən çox müzakirə olunan məqamlarından biri isə mükafatların təqdimatından əvvəl kino ulduzlarının qırmızı xalıda nümayiş etdirdikləri libaslar olur. Bu, ulduzların yalnız ziyafət geyimlərini deyil, həm də bər-bəzəklərini və saç düzümlərini göstərdikləri bir növ dəb nümayişi də hesab oluna bilər.
Bəs bu dəfə öz xarici görünüşü ilə tamaşaçıları ən çox heyrətləndirən kim oldu? Uzun, kəsikli libas geyinmiş müğənni Andra Dey, yoxsa dərin dekolteli qırmızı paltarlı Amanda Seyfrid? Bəlkə, ekstravaqant model Vinni Harlou?
Los-Ancelesdə keçirilən kino mükafatının təqdimetmə mərasimində dünya ulduzlarının bir-birindən maraqlı libaslarını Sputnik Azərbaycan-ın fotolentindən izləyin.