Operativ Qərargahın qərarına əsasən Azərbaycanda 14 mart 2020-ci ildən etibarən toyların keçirilməsi qadağan edilib. Qeyd edək ki, Türkiyədə toylara icazələr verilməsi üçün xüsusi risk xəritəsi hazırlanır və bu xəritədə məlumatlar anbaan dəyişir. Belə ki, az və orta riskli ərazilərdə ev sahibləri 8 metr ara məsafəsi olmaqla 100 nəfərlə toy keçirə bilərlər.
Psixoloq Taryel Faziloğlu Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın yaratdığı əsas gərginliklərdən biri də toysuzluqdur: “Pandemiyanın davam etdiyi ilk 10 ayda insanlar ənənəvi toyların bərpa olunacağını gözləyərək nikaha girmədi. Müəyyən vaxt sonra isə kiçik nikah mərasimləri ilə bu problemi çözməyə çalışdılar. İnsanlar yeni şəraitə psixoloji baxımdan uyğunlaşmağa çalışırlar. Amma qeyd etməliyik ki, ənənəvi toy mərasimlərinin keçirilməməsi insanlarda psixoloji gərginliyi artırır. Toy mərasimləri bizim cəmiyyətimizdə sosiallaşmanın əsas elementlərindən biri idi. Toylar bizim cəmiyyətimizdə xüsusi terapiya rolunu oynayırdı”.
Psixoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz