CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda balıq ovu ölümlə bitdi

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidРыбаки на берегу, фото из архива
Рыбаки на берегу, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Böyük Söyüdlü kənd sakini ərazidən axan Türyançayın hövzəsində yaradılmış süni göldə balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb.

BAKI, 25 aprel - Sputnik. Oğuzda göldə balıq tutan 63 yaşlı kişi boğularaq ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Qarabulaq kəndinin inzibati ərazisində baş verib. Rayonun Böyük Söyüdlü kənd sakini, 63 yaşlı Vasilkov Aleksey Aleksandroviç ərazidən axan Türyançayın hövzəsində yaradılmış süni göldə balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb. A.Vasilkov suda boğularaq ölüb. Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Xəbər lenti
0