BAKI, 25 aprel - Sputnik. Geyim dizayneri Alber Elbaz koronavirusa yoluxduqdan sonra dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Əlli doqquz yaşlı Elbaz Parisdə vəfat edib.
BREAKING: Israeli fashion designer Alber Elbaz has passed away at the age of 59. He was best known for his incredible work at Lanvin from 2001 to 2015. pic.twitter.com/g3onqFb4Y0
— ENFNTS TERRIBLES Magazine (@enfntsterribles) April 25, 2021
Elbaz Mərakeşdə doğulub, İsraildə böyüyüb və uzun zaman Nyu-Yorkda yaşayıb, orada toy dəbi ilə məşğul olub. O, 1998-ci ildən Yves Saint Laurent-da, 2001-ci ildən 2015-ci ilədək isə Lanvin-də kreativ direktor işləyib. Elbazın hazırladığı paltarları Nikol Kidman, Qvinet Peltrou, Katrin Denöv və digər Hollivud məşhurları geyinirdilər. Lanvin-dən getdikdən sonra Elbaz dəb dünyasından beş illik ayrıldı. 2021-ci ilin əvvəlində isə Paris Moda həftəsində şəxsi AZ Factory brendi ilə debüt elədi.