Safari bələdçisi Reggi Bareto turistləri Cənubi Afrikadakı Kruger Milli Parkına gətirib. Aslanların yaşam tərzini turistlərə izah edərkən isə maraqlı hadisə olub.
"Aslanların su axtaracağını bilirdim və izləmək üçün mükəmməl yerdə oturduq. Sonra nə oldusa hər kəs təəccübləndi. Kiçik bir tısbağa sudan çıxdı və aslanlarla oynamağa başladı.
Sürünəni yırtıcıların burunlarındakı təzə qan qoxusu cəlb edirdi", - Bareto Youtube-da Kruger Sightings kanalında yerləşdirilən videoda izah edir.