SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışdı: Baydenin bəyanatı qınandı

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган
Президент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı" barədə bəyanatını qəbuledilməz hesab etdiyini vurğulayıb.

BAKI, 24 aprel - Sputnik.  Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. O, həmçinin Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

Xəbər lenti
0