Azərbaycanda tikinti şirkəti yüksək məbləğdə cərimələndi

© Sputnik / Sergey PyatakovYaşayış evinin tikintisi, arxiv şəkli
Yaşayış evinin tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

BAKI, 24 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə "Yüksək-İnşaat" tikinti şirkəti barəsində 8000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti
0