BAKI, 23 aprel — Sputnik. Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Digər sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.
Həmçinin başqa bir sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.