BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə əlaqədar Türkiyənin "F-35" qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmən məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqondan olan mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, Birləşmiş Ştatlar 2007-ci ilin yanvarında "F-35"lərin istehsalı üzrə birgə memorandumu ləğv ediblər.
Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.