Paşinyanın qovulduğu şəhərin meri saxlanıldı

© © PHOTOLURE via APПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.04.2021
Abunə olmaq
Paşinyan şəhəri gəzmək istəsə də, 100-ə qədər sakin onun arxasınca gələrək təhqiramiz ifadələr işlətməyə başlayıblar.

BAKI, 22 aprel — Sputnik. Ermənistan hüquq mühafizə orqanları tərəfindən Mehri şəhərinin meri Mxitar Zakaryan polis idərəsinə aparılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Zakaryanın vəkili Qayane Papoyan öz "Facebook" səhifəsində bildirib.

Vəkil vurğulayıb ki, merin hansı polis bölməsinə aparılmasına dair məlumat verilmir.

Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Paşinyanın cangüdəni etirazçılarla əlbəyaxa oldu, DTX rəisinin pencəyi cırıldı

Ermənistanın Sünik vilayətinə (Zəngəzur) səfər edən Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyanın cangüdəni erməni liderin səfərinə etiraz edən Sünik vilayətinin (Zəngəzur) Mehri şəhər sakinləri ilə əlbəyaxa olub.

Paşinyan şəhəri gəzmək istəsə də 100-ə qədər sakin onun arxasınca gələrək təhqiramiz ifadələr işlətməyə başlayıblar. Daha sonra Paşinyan maşınına minərək Mehrini tərk edib.

Məlumatda o da bildirilir ki, Paşinyanın Sünikə gəlişinə etiraz edənlərlə yanaşı, onun tərəfdarları da küçələrə çıxıblar. Nəticədə iki qrup arasında toqquşma yaşanıb və davada Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.

Qeyd edək ki, dünən Sünikdə Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilib. Sakinlər "Nikol satqın", "Nikol Türk" şüarları səsləndiriblər.

Xatırladaq ki, baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

Xəbər lenti
0