Koronavirus xəstələri "Nuh dedilər, peyğəmbər demədilər"

© AR Ministry of Internal AffairsYaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan, 1920, 22.04.2021
Abunə olmaq
Barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 22 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 21-də respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə xəstəxanaya yerləşdirib.

Barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Xəbər lenti
0