Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda koronavirusa ən çox kimlər yoluxurlar?

Abunə olmaq
Azərbaycanda koronavirus qurbanlarının sayı günbəgün artır, özü də indi bu xəstəlik daha çox həyatının çiçəklənən çağında olan insanları haqlayır. Belə ki, hazırda koronavirusa ən çox yoluxma halı 30-39 yaş arası insanlar arasında qeydə alınır.

Artıq Azərbaycanda koronavirusa (COVID-19) yoluxmuş vətəndaşların sayı 300 min nəfəri ötüb. Son məlumatlara görə, ölkədə bu xəstəlik nəticəsində dünyasını dəyişənlərin sayı isə 4235 nəfərdir. Həkimlər gündəlik təxminən 30 ölüm halı qeydə alırlar.

Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə aparılır.

Koronavirusa yoluxma və vaksinasiya ilə bağlı daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış olmaq mümkündür.

Xəbər lenti
0