Avropa İttifaqı "AstraZeneca"nı məhkəməyə verir

© AP Photo / Matthias SchraderВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.04.2021
Abunə olmaq
Son həftələr Avropa İttifaqı təsdiqlənən "Pfizer/BioNTech", "Moderna" və "AstraZeneca" vaksinlərinin tədarükü ilə bağlı bir sıra problemlərlə üzləşib.

BAKI, 22 aprel — Sputnik. Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə vaksinlərin tədarükü problemi ilə bağlı "AstraZeneca" vaksininin istehsalçısını məhkəməyə verməyə hazırlaşır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa ölkələrində olan beş diplomata istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, komissiya bu məsələni çərşənbə günü səfirlərin görüşündə qaldırıb. Nəşr vurğulayır ki, Aİ ölkələrinin nümayəndələrinin əksəriyyəti vaxtında vəd verdiyi qədər dozanı çatdırmadığı üçün şirkətə qarşı ərizənin verilməsini dəstəkləyəcəklər.

Qeyd edək ki, son həftələr Avropa İttifaqı təsdiqlənən "Pfizer/BioNTech", "Moderna" və "AstraZeneca" vaksinlərinin tədarükü ilə bağlı bir sıra problemlərlə üzləşib. Peyvəndin tədarükündəki ləngimələr Brüsselin vaksinasiya üzrə ambisiyalı planlarını pozacaq.

Xəbər lenti
0