Çavuşoğlu: "Dağlıq Qarabağ donmuş münaqişə deyə bir şeyin olmadığını göstərdi"

© © Fatih Aktas / Turkish Foreign Ministry via AP, PoolМинистр иностранных дел Турции Мевлют Чавушоглу
Министр иностранных дел Турции Мевлют Чавушоглу  - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Lakin razılaşma tək başına sabitliyi təmin etmək üçün yetərli deyil. Bölgədə artan gərginlik hamımızı narahat edir.

BAKI, 21 aprel — Sputnik. Dağlıq Qarabağ son zamanlarda donmuş münaqişə deyə bir şeyin olmadığını göstərdi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Dağlıq Qarabağın son zamanlarda donmuş münaqişə deyə bir şeyin olmadığını göstərdiyini vurğulayan türk nazir, bu cür böhranların Qara dəniz bölgəsinin təhlükəsizliyinin və sabitliyinin nə qədər önəmli olduğunu xatırlatdığını da xüsusi ilə qeyd edib.

Qara dənizin İkinci Dünya müharibəsi zamanı belə, bir qarşıdurma dənizi olmadığını vurğulayan Çavuşoğlu qeyd edib: "Bu, Montrö razılaşmasının yaratdığı incə tarazlıqdır. Razılaşmanı 1936-cı ildən bəri etdiyimiz kimi şəffaf və tərəfsiz bir şəkildə həyata keçirməyə davam edəcəyik. Lakin razılaşma tək başına sabitliyi təmin etmək üçün yetərli deyil. Bölgədə artan gərginlik hamımızı narahat edir. Təxribatlardan qaçmaq lazımdır. Diplomatiya və dialoqun hakim olması üçün çalışmalıyıq".

 

Xəbər lenti
0