BAKI, 21 aprel — Sputnik. Türkiyəli məşhur aktrisa Qonca Vuslateri koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, müalicəsinə xəstəxanada davam edən aktrisanın üstünə belindən aşağı qaynar su tökülüb. Aktrisa bu barədə özünün "Instagram" səhifəsində yazıb.
Belə ki, Vuslateri rahat nəfəs ala bilmək üçün qaynar suyun içinə kəklikotu yağı töküb. Ehtiyatsızlıqdan bir qazan qaynar su onun üstünə aşıb.
View this post on Instagram
"Qışqırıqlarımla bütün İstanbulu ayağa qaldırdım", - deyə o sosial şəbəkə hesabında yazıb.
Aktrisa qeyd edib ki, kök hüceyrə müalicəsi ilə tezliklə ayağa qalxacaq.