Avropada itkin düşmüş miqrant uşaqların sayı açıqlanıb

© AFP 2024 / FRANCOIS LO PRESTIЛагерь мигрантов в Европе, фото из архива
Лагерь мигрантов в Европе, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Cinayətkar təşkilatlar miqrantların uşaqlarını getdikcə daha çox hədəfə alırlar və həmin uşaqların bir çoxu insan alverinin, habelə məcburi əmək və seksual istismarın qurbanına çevrilirlər.

BAKI, 21 aprel — Sputnik. Böyük Britaniyanın "The Guardian" məcmuəsi və "Lost in Europe" beynəlxalq jurnalistlər qrupunun birgə araşdırması nəticəsində Avropada 2018-ci ilin yanvar ayından 2020-ci ilin dekabrına qədər 18292 miqrant uşağın itkin düşdüyü məlum olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, itkin düşmüş uşaqların əksəriyyəti son üç il ərzində Mərakeş, Əlcəzair və Əfqanıstandan gələn miqrantlardır.

Hesabata görə, bu minvalla Avropada təqribən hər gün 17 miqrant uşaq itkin düşüb. Bu uşaqların 90%-i oğlanlar olub. İtkin düşən hər altıncı uşaq isə 15 yaşdan kiçikdir. Məlumatda qeyd olunur ki, təkcə 2020-ci ildə Avropanın 13 ölkəsində 5768 uşaq itkin düşüb.

"Bu qədər uşağın itkin düşməsi onu göstərir ki, uşaqları müdafiə sistemi işləmir", - deyə "Missing Children Europe" qeyri-kommersiya təşkilatının müdafiə və miqrasiya şəbəsinin rəhbəri Federika Toskano bildirib.

Onun sözlərinə görə, cinayətkar təşkilatlar miqrantların uşaqlarını getdikcə daha çox hədəfə alırlar və həmin uşaqların bir çoxu insan alverinin, habelə məcburi əmək və seksual istismarın qurbanına çevrilirlər.

Bir müddət əvvəl Niderlanddakı sığınacaqlardan 60 nəfər vyetnamlı uşağın itməsi barədə xəbərlər yayılıb. Hollandiya hökumət dairələri həmin uşaqların Böyük Britaniyaya aparılaraq kannabis yetişdirilən fermalarda və manikür salonlarında işə cəlb olunmaları ilə bağlı şübhələrini bildiriblər.

 

Xəbər lenti
0