CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra Hakimiyyətinin verdiyi əraziyə görə cərimə yazdılar

© Sputnik / Irade JELILAğac kəsimi
Ağac kəsimi - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
İki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

BAKI, 20 aprel — Sputnik. Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Memar İnşaat-2017" MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".

Xəbər lenti
0