BAKI, 20 aprel - Sputnik. Əşyalarını tez-tez itirən insanlara dediyimiz "zəng elə, tapılsın" zarafatı gerçək olur.
Apple şirkəti özünün ilk ağıllı AirTags nişanını təqdim edib.
Apple наконец-то представила метки AirTags. Они кастомизируются, а ещё в них установлены процессоры U1.
— Завтракаст (@zavtracast) April 20, 2021
Предзаказы откроются в пятницу, а старт продаж — 30 апреля. pic.twitter.com/akzBMT6Exh
Sputnik Azərbaycan-ın məlumatına görə, onun vasitəsilə müxtəlif əşyaları - qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür. Amma onun da bir əmması var, AirTags Lokator əlavəsi ilə işləyir, bu isə Apple qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir.
Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.
AirTags-ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək.