BAKI, 20 aprel - Sputnik. Siyəzəndə bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, qurumun "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.