"Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının... 19.04.2021, Sputnik Azərbaycan
"Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının qorunmasıdır" - BNA.
BAKI, 19 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BNA məlumat yayıb.
Xəbərdə bildirilir ki, ümumilikdə 1600 nəfərdən artıq əməkdaşın vaksin olunması nəzərdə tutulub. Onlardan bir qismi artıq peyvəndin hər iki dozasını alıb: "Əməkdaşlarımıza Çin istehsalı olan "Sinovac" şirkətinin "CoronaVac" vaksini vurulur. Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının qorunmasıdır. Bunu nəzərə alaraq koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün ardıcıl qabaqlayıcı tədbirlər görülür. Bunun sayəsində pandemiya ərzində hər hansı bir marşrut xəttinin və ya istehsalat bazasının yoluxma səbəbindən fəaliyyətinin dayandırılması riski yaranmayıb".