BAKI, 19 aprel — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Qeyd olunur ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub. Bundan əlavə, məşqlərdə Humanitar reaksiya mərkəzi, hərbi polis, xüsusi tibb bölməsi, Rusiya sülhməramlı kontingentinin idarə qrupu, həmçinin maddi-texniki təminat bölmələri də iştirak edir.
Belə ki, Qələbə Gününün 76-cı ildönümü – 9 may 2021-ci ildə təntənəli keçiddə hər birində 45 hərbçi olmaqla 10-a qədər bir bölməsi (qutu şəklində) keçəcək.
Hazırda sülhməramlı kontingentin nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsinə mane olmamaq üçün xüsusi təyin olunmuş vaxtda Rusiya sülhməramlı kontingentinin parad heyətlərinin təlimləri mütəmadi olaraq keçirilir.