BAKI, 19 aprel — Sputnik. ABŞ Aerokosmik Agentliyi (NASA) "Ingenuity" adlı pilotsuz helikopterinin Marsda ilk sınaq uçuşunu gerçəkləşdirib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər yayıb. Məlumatda uçuşun uğurla başa çatdığı bildirilir.
Qeyd edək ki, NASA sözügedən uçuşu keçən həftə reallaşdırmaq niyyətində idi, ancaq texniki problemlər səbəbindən uçuş baş tutmamışdı. 1,8 kiloqram ağırlığında olan "Ingenuity" helikopterinin 3 metr yüksəklikdə 30 saniyə uçacağı bildirilmişdi.
Incredible. Ingenuity’s shadow during flight. Biggest congrats to #MarsHelicopter team! pic.twitter.com/YCzpJ1b2Kg
— Thomas Zurbuchen (@Dr_ThomasZ) April 19, 2021
NASA-dan verilən məlumata görə, test uçuşu Bakı vaxtı ilə 09:30-da, yerdən 173 milyon mil məsafədə, Marsın "Jezero krateri" adlanan hissəsində başlayıb və uğurla başa çatdırılıb. Pilotsuz helikopterin uçuşu NASA-dan canlı yayımlanıb.