Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Boyük Şorda dəhşətli qəza: Ana və azyaşlı oğlu öldü, yaralılar var

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb.

BAKI, 19 aprel - Sputnik. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti
0