BAKI, 19 aprel — Sputnik. Paytaxtda 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb. O, bildirib ki, 28 May-K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır. Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
On bir marşrut xətti üzrə avtobusların hərəkətində gecikmələr var
10:20 19.04.2021 (Yenilənib: 23:50 16.11.2021)
© Sputnik / Irade JELILАвтобус Bakubus, фото из архива
© Sputnik / Irade JELIL
Abunə olmaq
Hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.