BAKI, 18 aprel - Sputnik. Suriyada yaxın günlərdə keçiriləcək prezident seçkilərinin tarixi açıqlanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Suriya Xalq Şurasının qərarına görə, seçki 26 mayda keçiriləcək. Seçkilərə qatılmaq istəyən prezidentliyə namizədlər aprelin 19-dan seçki orqanlarına müraciət edə bilərlər.
Ölkə parlamentinin seçkilərlə bağlı qərarında deyilir:
"26 may çərşənbə günündə Suriyada olan vətəndaşlar üçün prezident seçkilərinin keçirilməsi qərara alınıb. Suriyanın xaricində olan Suriya vətəndaşları üçün seçkilər mayın 20-də, saat 07:00-dan diplomatik nümayəndəliklərin ərazisində keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel bazar ertəsi günü başlayır və 10 gün davam edəcək", - deyə
Qeyd edək ki, Suriyada son prezident seçkiləri yeddi il əvvəl - 2014-cü ildə keçirilib və Bəşər Əsəd bu ölkənin prezidenti seçilib.