BAKI, 18 aprel - Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 144 yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 300 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib. 32 123 nəfər aktiv xəstə sayını təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 184, bu günə qədər isə ümumilikdə 310 89 24 test icra olunub.