BAKI, 17 aprel — Sputnik. BMT Baş katibi Antonio Quterreşin davamlı atəşkəs və atəşkəsə nəzarət mexanizmi qurma təklifinin qəbul edilməsindən sonra BMT Təhlükəsizlik Şurası yekdilliklə atəşkəsə nəzarət mexanizminə icazə verən qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, Quterreşin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi plana görə, müəyyən təhlükəsizlik və maddi-texniki meyarlar yerinə yetirildikdən sonra atəşkəsə nəzarət etmək üçün Sirtə 60 müşahidəçi göndəriləcək.
Silahsız və uniformasız olacaq müşahidəçilər 5 + 5 Ortaq Hərbi Komitəsi ilə işləyəcəklər.
Həmçinin BMT Təhlükəsizlik Şurası Liviya Müvəqqəti Hökumətini 24 dekabrda keçirilməsi planlaşdırılan seçkiləri azad, ədalətli və hər kəsi əhatə edən olması üçün lazımi hazırlıqlar görməyə çağırıb. Qərarda eyni zamanda tərəfləri 2020-ci il yanvarın 23-də əldə edilmiş atəşkəsə riayət etmək və ölkədən bütün xarici qüvvələrin və muzdluların tərk etmələri çağırışı təkrarlanıb.
Liviya Prezident Şurası, BMT Təhlükəsizlik Şurasının ölkəyə atəşkəs izləmə mexanizmini göndərmək haqqında qərarını məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.