Yeddi mindən çox elektron pensiya təyin olunub

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

Rəsmi məlumata görə, sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Xəbər lenti
0