"Ankara və Bakı ilə münasibətlər Ermənistanın hesabına normallaşa bilməz"- Sarkisyan

© Sputnik / Mediabanka keçidПрезидент Армении Армен Саркисян, фото из архива
Президент Армении Армен Саркисян, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
"Mən dəfələrlə Türkiyə və erməni soyqırımı məsələsinə dair mövqeyimi bildirmişəm. Biz bərabər şərtlərdə deyilik".

BAKI, 16 aprel — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan hesab edir ki, erməni xalqının maraqları hesabına Türkiyə və Azərbaycanla münasibətlərin bərpası və normallaşması baş verə bilməz. Sputnik Ermənistan xəbər verir ki, bunu Sarkisyan Gürcüstana səfəri zamanı Ermənistanda Ankara və Bakı ilə əlaqələrin dəyişməsi barədə ortaya çıxan fikirləri şərh edib.

"Mən dəfələrlə Türkiyə və erməni soyqırımı məsələsinə dair mövqeyimi bildirmişəm. Biz bərabər şərtlərdə deyilik. Azərbaycanla nə barədəsə danışmazdan öncə, qoy bizim oğul və qızlarımızı qaytarsınlar, ondan sonra artıq növbəti addımlar barədə danışarıq", - deyə Sarkisyan qeyd edib.

O vurğulayıb ki, ikitərəfli əlaqələr birtərəfli qaydada və Ermənistanın hesabına bərpa edilə və normallaşdırıla bilməz.

 

Xəbər lenti
0