BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir.
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.