Mariya Zaxarova: "ABŞ-ın sanksiyalarına Rusiyanın cavabı qaçılmazdır"

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова, фото из архива
Официальный представитель Министерства иностранных дел России Мария Захарова, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
XİN-in nümayəndəsi onu da bildirib ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan sanksiyalarla əlaqədar olaraq Rusiya XİN-ə çağırılıb.

 

BAKI, 15 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın ABŞ-ın sanksiyalarına cavabı qaçılmazdır.

"Biz ABŞ-ı dəfələrlə düşməncəsinə addımların nəticəsi ilə bağlı xəbərdar etmişik. Vurğulamışıq ki, bu kurs iki ölkə xalqlarının maraqlarına cavab vermir. Co Bayden münasibətlərin normallaşmasında maraqlı olduğunu dilə gətirmişdi. Ancaq administrasiyanın hərəkətləri bunun əksindən xəbər verir. Bu cür aqressiv davranışlarla mübarizə aparılacaq. Sanksiyalara cavab verilməsi qaçılmazdır", – deyə Zaxarova vurğulayıb.

XİN-in nümayəndəsi onu da bildirib ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan sanksiyalarla əlaqədar olaraq Rusiya XİN-ə çağırılıb.

Xəbər lenti
0