Dərman Agentliyinin nümayəndəsi mətbuat konfransında huşunu itirdi - VİDEO

© SputnikТень женщины
Тень женщины - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
Həmin vaxt ölkənin bütün televiziyaları canlı yayımda olub və baş verən hadisə ölkədə gündəm yaradıb.

BAKI, 15 aprel — Sputnik. Danimarka Oxford/AstraZeneca koronavirus peyvəndinin tətbiqini tamamilə dayandırıb. Ölkənin Dərman Agentliyinin Farmakologiya bölməsinin müdiri Tanya Eriksen bu qərarın elan edilməsi üçün təşkil olunan mətbuat konfransında bir anda huşunu itirərək yerə yıxılıb. Bu barədə Sputnik Azərbaycan "CNN Türk"-ə istinadla məlumat yayıb. Həmin vaxt Danimarkanın əksər televiziyaları canlı yayında olub və hadisə ölkədə gündəm yaradıb. Elə Eriksenə ilk tibbi müdaxiləni də jurnalistlər göstərib.

Səhiyyə işçilərinin verdiyi açıqlamaya görə, Eriksenin təzyiqi qəfil aşağı düşdüyündən huşunu itirib və hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qanda laxtalanma yaratdığına görə dünyanın bir sıra ölkələri Oxford Universiteti ilə AstraZeneca şirkətinin birlikdə işləyib hazırladıqları COVID-19 peyvəndinin tətbiqinə fasilə verib. Danimarka isə bu preparatdan istifadəni tamamilə dayandırdığını bəyan edib. Bu barədə ölkənin səhiyyə təşkilatının direktoru Soren Brostrom açıqlama verib.

Xəbər lenti
0