CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paşinyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı

© AFP 2024 / ALEXANDER NEMENOVВоенные каски армянских солдат, фото из архива
Военные каски армянских солдат, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
"Yüz nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib, lakin yaxınları araşdırmanın nəticələrini qəbul etməkdən imtina edirlər və bu insanların narahatlıqlarını anlamaq olar".

BAKI, 14 aprel — Sputnik. Bu günə qədər Qarabağ müharibəsi zamanı həlak olanların təsdiqlənmiş sayı 3621 nəfərdir. Sputnik Ermənistan xəbər verir ki, parlamentdə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan vurğulayıb ki, söhbət sənədləşdirilmiş ölüm hallarından gedir.

"İtkin düşən şəxslərin sayı 321 nəfərdir. Bundan əlavə, daha 201 nəfərin qalıqları DNT testi mərhələsindədir. Yüz nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib, lakin yaxınları araşdırmanın nəticələrini qəbul etməkdən imtina edirlər və bu insanların narahatlıqlarını anlamaq olar. Onlar inanırlar ki, uşaqları sağdır, onlar əsirdirlər və hələ geri qayıdacaqlar", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, DNT analizinin nəticələrinə inanmayan ailələr var. Onlar öz vəsaitləri hesabına xaricdə analiz elətdirmək istəyirlər, dövlət də öz tərəfindən buna yardım etməyə hazır olduğunu bildirib. Paşinyan ehtimal edib ki, bu göstəricilərdə əhəmiyyətli dəyişikliklər baş verməyəcək və ümumilikdə ölənlərin sayı 4000-5000 olacaq.

Xəbər lenti
0