BAKI, 14 aprel — Sputnik. Tanınmış rejissor Riçard Raş vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, 91 yaşlı rejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, "Gecənin rəngi", "Fribi və Bin", "Kaskadyor" və s. filmləri ilə tanınan Riçard Raş "The Stunt Man" ("Kaskadyor", 1980) filmi ilə iki dəfə "Oskar" mükafatına layiq görülüb. O, bu mükafatı "Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" nominasiyalarında alıb.