CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qadın südəmər körpəsini küçədə tərk etməyə çalışdı

© Pexels freestocks.orgKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
"Mənə zəng edib dedilər ki, küçədə bir qadın ağlayır. Əyni də nazik imiş. Jaket veriblər, uşağı da geyindiriblər, yemək alıblar. Sonra da taksiyə mindirib bizə göndəriblər"

BAKI, 14 aprel - Sputnik. Bakıda gənc qadın südəmər körpəsindən imtina edib. O, uşağı küçənin ortasında tərk edib getməyə çalışıb. "Təmiz Dünya" İctimai birliyinin rəhbəri Mehriban Zeynalovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə ötən gün Bakıətrafı qəsəbələrdən birində baş verib.

Etik səbəblərdən adı açıqlanmayan qadın üç aylıq oğlan uşağından imtina edərkən ağlayırmış. Hadisə şahidləri taksi çağıraraq qadını zorakılıq qurbanlarının yerləşdirildiyi sığınacağa göndəriblər. M.Zeynalova ilə söhbətində qadın bildirib ki, 29 yaşı var. 

"Mənə zəng edib dedilər ki, küçədə bir qadın ağlayır. Əyni də nazik imiş. Jaket veriblər, uşağı da geyindiriblər, yemək alıblar. Sonra da taksiyə mindirib bizə göndəriblər. Onlar sığınacağa çatanda uşaq ac idi. Qadın dedi ki, körpəsi də, özü də iki gündür, heç nə yeməyiblər. Sonra isə dedi ki, uşağı qoyub getmək istəyir. Məndə elə təəssürat yarandı ki, o, uşağı haraya gəldi ata bilər", - Zeynalova deyir. 

Hüquq müdafiəçisi polisə müraciət edib. Qadının hərəkətləri onun durumunun normal olmadığına əsas verib: nə özünün, nə qohumlarının, nə də uşağın atasının ünvanını deyə bilib, özünü qəribə aparıb. Bütün gecə qadınla psixoloq söhbət edib. 

Обострение ситуации вокруг Нагорного Карабаха - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Valideynlərini itirmiş övladlığa götürülən uşaqlar pulsuz təhsil alacaqlar
Mütəxəssis müəyyənləşdirib ki, qadın körpəsinə baxmaq durumunda deyil. Tezliklə polis uşağın atasını da tapıb. Məlum olub ki, qadınla kişi qeyri-rəsmi nikahdadırlar. Ancaq kişi də uşaqdan imtina edib. 

Hüquq-mühafizə işçilərindən sonra dəvət olunan sosial xidmət əməkdaşları qadının körpəsindən imtina etməsi barədə ərizəsini qəbul ediblər. 

Bütün bu hadisələrdən sonra qadın birlikdə yaşadığı kişinin yanına qayıtmaq istəməyib. Körpəni isə sabahı gün paytaxtdakı uşaq evlərindən birinə yerləşdiriblər.

Xəbər lenti
0