Azərbaycanda nə qədər jurnalist peyvənd olunub?

© Sputnik / Rahim MuradovВакцинация от коронавируса в Азербайджане
Вакцинация от коронавируса в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Azərbaycanda cari ilin yanvar ayının 18-dən peyvəndləməyə start verilib. Hazırda 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası davam edir.

BAKI, 13 aprel — Sputnik. Bu günə kimi artıq 170-dən çox jurnalist vaksinasiya prosesindən keçib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Mətbuat Şurasından bildiriblər.

Qeyd olunub ki, gün ərzində 50-dən çox şəxs peyvəndləmə prosesindən keçir: "Ötən həftədən başlanılan vaksinasiya prosesinin ilk günü 56 nəfər peyvənd olundu. Bu günə kimi isə 170 şəxs peyvənd olunub. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır, proses davam edir".

Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar ayının 18-dən peyvəndləməyə start verilib. Hazırda 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası davam edir.

Xəbər lenti
0