Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidAzərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər geniş mövzuları müzakirə ediblər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Ukrayna Baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər geniş mövzuları müzakirə ediblər.

Y.Eyyubov Ukraynaya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyinə görə təşəkkür edib. O bildirib ki, rəsmi Bakının da Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O.Reznikov isə Ukrayna-Rusiya sərhədləri yaxınlığında rus qoşunlarının artmasından danışıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq öhdəliklərin olduğunu təsdiqləyiblər.

Xəbər lenti
0