İlham Əliyev Şuşanın "İskəndər-M"lə atəşə tutulması barədə: "Biz cavab istəyirik"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев принял участие в открытии в Баку Парка военных трофеев
Президент Ильхам Алиев принял участие в открытии в Баку Парка военных трофеев - Sputnik Azərbaycan, 1920, 12.04.2021
Abunə olmaq
Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək.

BAKI, 12 aprel — Sputnik. "Şuşanı bax bu "İskəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:

"Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İskəndər-M" raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətinin növbəti əyani sübutudur".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verildi.

Qeyd edək ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürüb. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdü.

Xəbər lenti
0