BAKI, 12 aprel — Sputnik. "İrs" folklor ansamblının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, S.Mustafayev COVID-19-dan dünyasını dəyişib.
Xatırladaq ki, o, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib.
Qeyd edək ki, bir neçə gün əvvəl S.Mustafayevin həyat yoldaşı Fəridə Mustafayeva, qızı isə ötən il COVID-19-dan vəfat edib.
Məlumat üçün bildirək ki, S.Mustafayev 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1976-cı ildə Rəşid Nəsiboğlu ilə Balaxanı qəsəbəsində qədim alətlərdən ibarət olan "İrs" folklor ansamblını yaradıblar. Vaxtilə "İrs" ansamblı ilə Türkiyəyə, İsveçrəyə, İrana, dünyanın bir çox ölkələrinə səfər ediblər.
2011-ci ildə Sidqi Mustafayev "Ən vətənpərvər ansambl rəhbəri" nominasiyasında qızıl medala layiq görülüb. 14 sentyabr 2015-ci ildə "Əməkdar Mədəniyyət işçisi" adına layiq görülüb.